Bakı İdman Sarayında keçirilən sərbəst və
yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı başa çatıb. Yarışın son günündə 74
kq, 79 kq, 86 kq, 92 kq, 97 kq və 125 kq-da çıxış edən sərbəst güləşçilər
mübarizə aparıb.Klubumuzun sərbəst güləşçiləri yunan-Roma
güləşçilərimizin uğurunu davam etdiriblər və çempionatın 9 medalını (4 qızıl, 5
bürünc) qazanıblar. Pəhləvanlarımızdan Zirəddin Bayramov (65 kq), Turan
Bayramov (74 kq), Orxan Abasov (86 kq) və Abdulcəlil Şabanov (92 kq) bütün rəqiblərini məğlub edərək ölkə çempionu
olublar. İntiqam Vəlizadə, Murad Haqverdiyev (hər ikisi 61 kq), Seymur Cəbrayılov
(65 kq), İslam İlyasov (97 kq) və Aydın
Əhmədov (125 kq) isə çempionatı üçüncü
yerdə başa vurublar.Qeyd edək ki, “Neftçi İdman Klubu”nun sərbəst
güləşçiləri ümumi komanda hesabında ikinci yerə çıxıblar.Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərimiz
yarışın 12 medalına (5 qızıl, 3 gümüş, 4 bürünc) sahib olublar və komanda
hesabında birinci yeri tutublar.