Aşağı yaş qruplarında AFFA-nın təşkil etdiyi
liqalarda növbəti turun oyunları keçirilir.U-16 Liqasında XII tura start
verilib.”Neftçi İdman Klubu”nun on altı
yaşlılardan ibarət komandası bu tur çərçivəsində “Sumqayıt”ın qonağı olub.
“Kapital Bank Arena”nın ehtiyat meydançasında təşkil olunan qarşılaşma
komandamızın 1:0 hesablı qələbəsi ilə
başa çatıb. Oyunun 60-cı dəqiqəsində vurulan yeganə qola futbolçumuz Fərid Şahüseynli imza atıb.