“Neftçi İdman Klubu”nun təmsilçisi Eltac Səfərli
İspaniyanın Sitjes şəhərində keçirilən şahmat festivalında liderlər qrupunda
mübarizəni davam etdirir. Yarışın güclü A turnirində çıxış edən şahmatçımız 3 turdan sonra maksimum xalla (3 xal) irəliləyir.Xatırladaq
ki, İsveçrə sistemi üzrə keçirilən yarışda 300-dək şahmatçı mübarizə aparır ki,
onlardan da 55-i qrossmeysterdir. Turnir 10 turdan ibarət olacaq və dekabrın
23-dək davam edəcək.