“Neftçi İdman Klubu”nun yetirməsi Eltac Səfərli İspaniyanın Sitjes şəhərində
keçirilən şahmat festivalında liderlər qrupunda mübarizəni davam etdirir.
Yarışın güclü A turnirində çıxış edən
Eltac Səfərli növbəti – 4-cü turda heç-heçə edib. Təmsilçimizin aktivində 3 qələbə,
1 heç-heçə (3,5 xal) var.Qeyd edək ki, İsveçrə
sistemi üzrə keçirilən turnirdə 300-ə yaxın şahmatçı iştirak edir ki, onlardan
da 55-i qrossmeysterdir. On turdan ibarət olan turnirə dekabrın 23-də yekun vurulacaq.