İspaniyanın Sitjes şəhərində keçirilən şahmat festivalı sona yetib.Mötəbər turnirdə Azərbaycan təmsilçilərindən ən yaxşı nəticəni “Neftçi İdman Klubu”nun yetirməsi Eltac Səfərli göstərib. Belə ki, festivalın güclü A turnirində mübarizə aparan şahmatçımız 10 turda 7,5 xal toplayaraq 7-ci pillədə qərarlaşıb.Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən yarışda 300-ə yaxın şahmatçı iştirak edib ki, onlardan da 55-i qrossmeyster olub.