Birinci Divizionda XIII tura və birinci dövrəyə yekun
vurulub. “Qaradağ Lökbatan” ilin son turunda “Qarabağ-2” komandası ilə
üz-üzə gəlib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirilən qarşılaşmada komandamız 2:1 hesabı
ilə qalib gəlib. Matçın 35-ci dəqiqəsində futbolçumuz Elnur Cəfərov adını
tabloya yazdırıb. Səksəninci dəqiqədə rəqibin oyunçusu Nəriman Axundzadə hesaba
tarazlıq gətirib – 1:1. Cəmi bir dəqiqə sonra Raul Məmmədov matçın sonuncu, “Qaradağ Lökbatan”ın isə
qələbə qoluna imza atıb.Beləliklə, “Qaradağ Lökbatan” komandası bu qələbə
sayəsində xallarının sayını 28-ə çatdırıb və qış fasiləsinə turnir cədvəlinin
lideri kimi yollanıb.