“Neftçi İdman Klubu”nun güllə atıcısı Ruslan Lunyov beynəlxalq Qran-pri
yarışında böyük uğura imza atıb. Təmsilçimiz Sloveniyanın Ruşe şəhərində
keçirilən nüfuzlu turnirdə pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma
yarışında qızıl medala sahib olub.