Respublika Olimpiya Mərkəzində atletika üzrə Bakı şəhər çempionatı və birinciliyi keçirilib. Səkkiz komandadan 150 idmançının qatıldığı yarışda atletlər 60, 200, 400, 800, 1500 və 3000 metr məsafələrə qaçış, 4×200 metr məsafədə estafet qaçışı, uzunluğa, hündürlüyə və üçtəkanla tullanma, eləcə də nüvəitələmə yarışlarında bacarıqlarını nümayiş etdiriblər.”Neftçi İdman Klubu”nun təmsilçisi Könül Əliyeva böyüklər arasında təşkil olunan çempionatda mükafata sahib olub. İdmançımız qadınların  nüvəitələmə yarışında 8,62 metr nəticə göstərərək bürünc medala layiq görülüb.Qeyd edək ki, Gənclər və İdman nazirinin müavini Mariana Vasileva atletimizi medal  qazanması münasibətilə təbrik edib.