“Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə neft, qaz və kimya sənayesinin  işçiləri arasında voleybol turnirinə start verilib. Yarışlar “Məşəl” İdman Kompleksində keçirilir.  Turnirdə birinci, ikinci və üçüncü yerləri tutmuş komandalar “Neftçi İdman Klubu” tərəfindən kubok, diplom və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırılacaqlar.Qeyd edək ki, turnir yanvarın 28-dək davam edəcək.