Azərbaycanın sablya üzrə yığma komandası dünya kubokunda gümüş medal qazanıb.Sevil Bünyatova, Anna Başta, Valeriya Bolşakova və Polina Kaspiaroviçdən ibarət kollektiv Bolqarıstanın Plovdiv şəhərində keçirilən mötəbər turnirin  mərhələ yarışının finalında Fransa millisinə 39:45 hesabı ilə məğlub olub. Millimiz finala gedən yolda ABŞ (45:39), Macarıstan (45:39) və Bolqarıstanı (45:32) təmsil edən komandalara qalib gəlib.Qeyd edək ki, yığmamızın uğurunda böyük pay sahibi olan Sevil Bünyatova “Neftçi İdman Klubu”nun yetirməsidir.