Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında  növbəti – IV tura start verilib.Bu tur çərçivəsində “Neftçi İdman Klubu” “Murov” komandası ilə üz-üzə gəlib. “Murov” Voleybol Klubunun zalında təşkil olunan qarşılaşma komandamızın aşkar üstünlüyü şəraitində keçib və oyun voleybolçularımızın 3:1  (31:29, 23:25, 25:16, 25:20) hesablı qələbəsi ilə başa çatıb.Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 6-ya çatdıran komandamız liderliyə yüksəlib.