Respublika Olimpiya Mərkəzində atletika üzrə 38-ci Azərbaycan çempionatı keçirilib. Böyüklər arasında təşkil olunan yarışda atletlər 60, 200, 400, 800, 1500 və 3000 metr məsafələrə qaçış, 4×200 metr məsafədə estafet qaçışı, uzunluğa, hündürlüyə və üçtəkanla tullanma, eləcə də nüvəitələmə yarışlarında qüvvələrini sınayıblar.”Neftçi İdman Klubu”nun yetirmələri çempionatın iki qızıl medalına yiyələniblər. Təmsilçilərimizdən Nazim Babayev uzunluğa tullanma yarışında 7,56 metr nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Elmir Cəbrayılov isə 800 metr məsafəyə qaçışda (2.06 dəqiqə) eyni uğuru təkrarlayıb.Qeyd edək ki, ölkə çempionatında ümumilikdə 11 komandanın heyətində 140 idmançı qalib adı uğrunda mübarizə aparıb.