“Qaradağ Lökbatan” komandası yanvarın 24-dən fevralın 6-dək təlim-məşq toplanışında olub. İki həftə davam edən və növbəti dövrəyə qədər futbolçuların hazırlıq səviyyəsini daha da artırmaq məqsədi daşıyan toplantı Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasında təşkil olunub.Təlim-məşq toplanışı zamanı komandamız dörd yoldaşlıq oyunu da keçirib və bu qarşılaşmaların hər birini qələbə ilə başa vurub. Rafael Əmirbəyovun yetirmələri yoxlama oyunlarında “Zirə-2” (3:0), MOİK (4:0), “Cəbrayıl” (1:0) və “Keşlə-2” (3:1) komandalarını məğlubiyyətə uğradıb.Qeyd edək ki, I Divizionda mübarizə aparan “Qaradağ Lökbatan” hazırda 28 xalla turnir cədvəlinə liderlik edir.