“Neftçi İdman Klubu”nun atleti Nazim Babayev Fransada keçirilən beynəlxalq “Meeting De L’Eure” (World Indoor Tour Silver Level) turnirində bürünc medala yiyələnib. Qapalı məkanda keçirilən üçtəkanla tullanma yarışında idmançımız 16,27 metr nəticə göstərərək bu uğura nail olub.Xatırladaq ki, Nazim Babayev yanvar ayının sonlarında Almaniyanın Karlsrue şəhərində keçirilmiş “World Indoor Tour” (Gold Level) turnirində gümüş medala sahib olmuşdu.