Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda qış fasiləsi başa çatıb və XIV turun oyunları ilə ikinci dövrəyə start verilib.Bu tur çərçivəsində “Qaradağ Lökbatan” “Sumqayıt-2” komandasını qəbul edib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirilən qarşılaşmada qapılara qol vurulmayıb və matç qolsuz bərabərliklə sona yetib – 0:0.Qeyd edək ki,  “Qaradağ Lökbatan” komandası hazırda 29 xalla turnir cədvəlinə liderlik edir.