“Neftçi İdman Klubu”nun cüdoçusu Yaşar Nəcəfov (66 kq) İsrailin paytaxtı  Təl-Əvivdə keçirilən “Böyük dəbilqə” turnirində uğurla çıxış edərək finala yüksəlib. İdmançımız bu yolda ukraynalı Yevhen Honçarko,  İsrail cüdoçusu Eylon Barşeşet, ispaniyalı Alberto Martın və monqolustanlı  Xerlen Qanbolda qalib gəlib. Təmsilçimizin  monqolustanlı rəqibinə tətbiq etdiyi fənd Beynəlxalq Cüdo Federasiyasının şərhçiləri tərəfindən xüsusi maraqla qarşılanıb. Yaşar Nəcəfov həlledici qarşılaşmada yerli idmançı Barux Şmailova məğlub olub və nüfuzlu yarışın gümüş medalına layiq görülüb.Qeyd edək ki, 34 ölkədən 298 cüdoçunun (165 kişi, 133 qadın) qatıldığı “Böyük dəbilqə” turnirinə fevralın 19-da yekun vurulacaq.