Bolqarıstanın Veliko Tırnovo şəhərində güləş üzrə Dan Kolov – Nikola Petrov xatirə turniri keçirilib.”Neftçi İdman Klubu”nun yarışda mübarizə aparan sərbəst güləşçisi Turan Bayramov (74 kq) təsnifat mərhələsində yerli idmançı Mixail Georgiyevi məğlub etdikdən (3:0) sonra Bolqarıstanın digər təmsilçisi Aykan Seidə tam üstünlüklə qalib gəlib (12:0). Pəhləvanımız dörddəbir finalda əlcəzairli rəqibi Abdelkader İkkal üzərində qələbə qazanıb (6:0). Yarımfinalda Macarıstan idmançısı Murad Kuramqomedovla görüşdə yekun hesab 1:1 olub və sonuncu xalı güləşçimiz aldığı üçün finala yüksəlib. Həlledici görüşdə komanda yoldaşı Cəbrayıl Hacıyevə məğlub olan (1:3) Turan Bayramov turnirin gümüş medalına sahib olub.