İspaniyanın Fuengirola şəhərində yeniyetmə cüdoçular arasında keçirilən  açıq Avropa turnirinə yekun vurulub.”Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində təmsil olunan iki yetirməsi mötəbər yarışın mükafatçıları sırasına düşməyə müvəffəq olub. Cüdoçularımızdan 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Camal Baxışov qitə turnirinin bürünc medalını qazanıb. Xanım idmançılarımızdan isə Fidan Əlizadə (57 kq) eyni uğuru təkrarlayıb.