Badamlı Azərbaycan kubokunda səkkizdəbir final mərhələsinin oyunları keçirilib.”Neftçi İdman Klubu” bu mərhələdə “Atletiko Baku” komandası ilə qarşılaşıb. Bakı İdman Sarayında təşkil olunan matçda futzalçılarımız 4:3 hesabı ilə qalib gəliblər. Təmsilçimizin heyətində Oruc Baxşəlizadə, Omid Talebi, Rüfət Balakişiyev və Fərid Atakişiyev fərqləniblər.Əldə etdiyi qələbə sayəsində komandamız Azərbaycan kubokunun dörddəbir final mərhələsinə vəsiqə qazanıb.