İranın paytaxtı Tehranda parataekvondoçular arasında keçirilən “President Cup” G-2 kateqoriyalı beynəlxalq turnir sona yetib.Asiya regionu üzrə təşkil olunan yarışda “Neftçi İdman Klubu”nun təmsilçisi Əbülfəz Abuzərli (K-44, 80 kq) mükafatçılar sırasına düşməyə müvəffəq olub. Paralimpiyaçımız beynəlxalq turnirin bürünc medalına layiq görülüb.