Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XII turun oyunlarına start verilib.Bu turun ilk görüşündə “Neftçi İdman Klubu” MOİK-lə üz-üzə gəlib.  “Murov” Voleybol Klubunun idman zalında baş tutan qarşılaşma komandamızın 3:1  (25:22, 23:25, 23:25, 12:25,) hesablı qələbəsi ilə yekunlaşıb.Bu qələbədən sonra xallarının sayını 25-ə çatdıran “Neftçi İdman Klubu” turnir cədvəlində liderliyə yüksəlib.