On altı yaşlılardan ibarət futbolçular arasında XXII turun oyunları keçirilib.”Neftçi İdman Klubu”  bu tur çərçivəsində  Gəncənin “Azəri TİM” komandası ilə üz-üzə gəlib. Gəncə şəhər stadionunda baş tutan matçda komandamız öz oyunu ilə daha yaxşı təsir bağışlayıb və rəqibinə 4:2 hesabı ilə qalib gəlib. Təmsilçimizin heyətində  Fərid Şahhüseynli (2), Mehdi Haşumov və Fərhad Balayev fərqləniblər.