Bu gün Yüksək Liqada XVII turun oyunları keçirilib.Bu turda “Neftçi İdman Klubu” Lənkəranın “Alyans” komandası ilə üz-üzə gəlib. “Olimpik Star” İdman və Əyləncə Mərkəzində təşkil olunan qarşılaşmada  futzalçılarımız böyük hesablı qələbə qazanıblar – 20:1. Komandamızın heyətində qolları Oruc Baxşəlizadə (7),  Oqtay Rüstəmli (7), Fərid Atakişiyev (2), Rüfət Balakişiyev, İlqar Nuruşov, Vahid Xocayev və Hüseyn Mənəfli vurublar.