Özbəkistanın paytaxtı Daşkənddə yeniyetmələr arasında cüdo üzrə Asiya kuboku keçirilib. Yarışda 6 ölkədən 314 idmançı qalib adı uğrunda mübarizə aparıb.”Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer alan yetirməsi Nahid Tarquliyev nüfuzlu yarışda əzmlə mübarizə apararaq qızıl medala yiyələnib. Yetmiş üç kiloqram çəki dərəcəsində çıxış edən  cüdoçumuz Özbəkistan təmsilçiləri Cahongir Rəcəbov və Camşidbek Kəramətovu məğlub edərək finala yüksəlib. İdmançımız həlledici qarşılaşmada qazaxıstanlı Dosbol Balgabay üzərində inamlı qələbə qazanıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.