Sloveniyada kişi şahmatçılar arasında keçirilən şəxsi Avropa çempionatı sona yetib.Mötəbər yarışda Azərbaycan təmsilçilərindən ən yaxşı nəticəni “Neftçi İdman Klubu”nun yetirməsi Vasif Durarbəyli göstərib. Belə ki, 11 turdan 8 xal toplayan şahmatçımız 3-8-ci yerləri bölüşüb.Turnirin qalibi 8,5 xalla almaniyalı Matias Blubaum olub.Qeyd edək ki, Avropa çempionatının nəticələrinə əsasən, ilk 20-likdə qərarlaşan şahmatçılar 2023-cü ildə keçiriləcək dünya kuboku yarışlarına vəsiqə qazanıblar.