Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV dövrəyə start verilib.XVI turun ilk matçında “Neftçi İdman Klubu” MOİK-i sınağa şəkib. Gərgin mübarizənin  müşahidə olunduğu oyun komandamızın  3:2 (23:25, 25:21, 25:22, 22:25, 15:9) hesablı üstünlüyü ilə  yekunlaşıb.Bu qələbə sayəsində xallarının sayını 30-a çatdıran təmsilçimiz hazırda turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.