Yüksək Liqada XVIII turun oyunları keçirilib.”Neftçi İdman Klubu” bu tur çərçivəsində “Record club.az” komandası ilə üz-üzə gəlib. Bakı İdman Sarayında təşkil olunan qarşılaşmada  futzalçılarımız əzmlə mübarizə apararaq  növbəti dəfə qələbə qazanıblar – 5:1. Komandamızın  qollarına Oqtay Rüstəmli (2), Hüseyn Mənəfli, Omed Talebi və İlqar Nuruşov imza atıblar.