Azərbaycan Atıcılıq Federasiyası kuboku yarışının birinci mərhələsinin ilk qalibləri müəyyənləşib.Bakı Atıcılıq Mərkəzində keçirilən və hazırda davam edən turnirdə “Neftçi İdman Klubu”nun yetirmələri artıq çıxışlarını başa vurublar. Kişilər arasında pnevmatik tapançadan (PTÇ-3) 10 metr məsafəyə atəşaçma yarışında atıcılarımızdan Elvin Astanov 569 xal toplayaraq gümüş, Vladislav Kalmıkov (565 xal) isə bürünc medal qazanıb. Kiçik çaplı tapançadan (KÇTÇ-4) 50 metr məsafəyə atəşaçma yarışında Elvin Astanov 535 xalla üçüncü olub. On metr məsafəyə pnevmatik tapançadan (PTÇ 3M) qarışıq komanda (“mix-team”) kateqoriyası üzrə atəşaçma yarışında isə Elvin Astanov-Fatimə Novruzova cütlüyü (558 xal) turnirin bürünc medalına layiq görülüb.Bu gün sona yetəcək yarışda ümumilikdə 89 idmançı güllə atıcılığı, səngər və dairəvi stend atıcılığı üzrə bacarığını nümayiş etdirir.