Bu gün kişi voleybolçular arasında Yüksək Liqada XVII turun oyunlarına start verilib.”Murov” Voleybol Klubunun idman zalında keçirilən turun ilk matçında  “Neftçi İdman Klubu” “Sərhədçi” ilə üz-üzə gəlib. Baxımlı oyun sərgiləyən  voleybolçularımız rəqibi 3:1 (25:17, 25:27, 25:11, 25:13) hesabı ilə məğlubiyyətə uğradıblar.Qeyd edək ki, bu qələbə sayəsində komandamız çempionatda ən azı ikinci yeri təmin edib.