On altı yaşlılardan ibarət futbolçular arasında XXIV turun oyunları keçirilib.Bu turda “Neftçi İdman Klubu”nun komandası “Turan Tovuz”un qonağı olub. Tovuz şəhər stadionunda gerçəkləşən və təmsilçimizin aşkar üstünlüyü ilə müşayiət olunan qarşılaşma komandamızın böyükhesablı qələbəsi ilə yekunlaşıb – 5:1. Futbolçularımızdan Fərid Şahhüseynli het-trik edib. Digər qollara isə Mehdi Haşumov və Nihad Cahangirli imza atıblar.Qeyd edək ki, Fərid Şahhüseynli hazırda 26 qolla U-16 Liqasının bombardiridir.