Voleybol üzrə Azərbaycan Yüksək Liqasında XIX turun oyunları keçirilib.”Murov” Voleybol Klubunun idman zalında təşkil olunan turun son matçında “Neftçi İdman Klubu” “Ekspress” komandası ilə qarşılaşıb. Voleybolçularımız əzmlə mübarizə apararaq rəqibi 3:0  (25:15, 25:14, 25:23) hesablı məğlubiyyətə uğradıblar.Qeyd edək ki,  bu qələbə sayəsində xallarının sayını 36-ya çatdıran komandamız çempionatda artıq  gümüş medalı təmin edib.