Yüksək Liqada XX turun oyunları keçirilib.”Neftçi İdman Klubu” bu tur çərçivəsində “U-19” komandası ilə üz-üzə gəlib. Bakı İdman Sarayında təşkil olunan qarşılaşmada 4:4 hesablı heç-heçə qeydə alınıb. Komandamızın vurduğu qollara Vahid Xocayev (1:20), Fərid Atakişiyev (8:39, 18:44) və Oqtay Rüstəmli (28:11) imza atıblar.Qeyd edək ki, təmsilçimizin baş məşqçisi Elşad Quliyev bu matçda əsas heyət oyunçularına istirahət verib və meydana daha çox gənc futzalçıları buraxıb.