“Qaradağ Lökbatan” komandası Futbol üzrə Azərbaycan I Divizionunda 2021/22 mövsümünün qalibi olub.Komandamız XXII turun oyunundan sonra çempionluğu təmin edib. Rafael Əmirbəyovun yetirmələri Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirilən matçda “Zaqatala” üzərində 2:0 hesablı qələbə qazanıblar. Bununla da  xallarının sayını 50-yə çatdıran və  digər komandalar üçün əlçatmaz olan “Qaradağ Lökbatan” çempionatın sonuna 4 tur qalmış 1-ci yeri və qızıl medalları təmin edib.Qeyd edək ki, bu, komandamızın  tarixində ikinci belə uğurdur. Belə ki, təmsilçimiz ilk dəfə 10 il əvvəl – 2011/12 mövsümünün də qalibi olub.