Polşanın Poznan şəhərində gənc cüdoçular arasında keçirilən Avropa kuboku yarışı başa çatıb.”Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində təmsil olunan cüdoçuları əzmlə mübarizə apararaq nüfuzlu turnirin 2 medalına (1 qızıl, 1 gümüş) yiyələniblər. İdmançılarımızdan 90 kiloqram çəkidə çıxış edən Vüqar Talıbov bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Qızlar arasında təşkil olunan yarışda isə Könül Əliyeva (48 kq) yalnız final qarşılaşmasında məğlub olub və gümüş medala layiq görülüb.Xatırladaq ki, iki gün davam edən turnirdə 17 ölkədən 287 cüdoçu bacarığını nümayiş etdirib.