Fransanın Strasburq şəhərində yeniyetmə cüdoçular arasında keçirilən Avropa kuboku yarışına yekun vurulub.”Neftçi İdman Klubu”nun yığmamızın heyətində yer alan yetirməsi Nahid Tarquliyev turnirin mükafatçıları arasında yer alıb. Yetmiş üç kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz yarışın bürünc medalına sahib olub.Qeyd edək ki,  Avropa kuboku turnirində 20 ölkədən 370-ə yaxın idmançı qalib adı uğrunda mübarizə aparıb.