Futbol üzrə Azərbaycan I Divizionunda XXIII tura yekun vurulub.”Qaradağ Lökbatan” bu turda “Sabah-2” komandasının qonağı olub. Binə qəsəbə stadionunda keçirilən oyunda 2:2 hesablı bərabərlik qeydə alınıb. Futbolçularımızdan Sabir Allahquliyev (42) və Elnur Cəfərov (79) adlarını tabloya yazdırıblar.Qeyd edək ki, komandamız artıq keçən turda çempionluğunu rəsmiləşdirdiyindən bugünkü qarşılaşma təmsilçimiz üçün formal xarakter daşıyıb.