Bolqarıstanın paytaxtı Sofiyada keçirilən cüdo üzrə Avropa çempionatı davam edir.”Neftçi İdman Klubu”nun yığma komandamızın  heyətində yer alan təmsilçiləri böyük əzmkarlıq nümayiş etdirərək mötəbər yarışın 1 qızıl və 1 bürünc medalına sahib olublar. İdmançılarımızdan Hidayət Heydərov (73 kq) mübarizəyə 1/16 finaldan başlayıb. O, ardıcıl olaraq Adam Stodolski (Polşa), Martin Hoyak (Sloveniya) və Alexandru Raykuya (Rumıniya) qalib gəlib və yarımfinala yüksəlib. Avropa çempionumuz bu mərhələdə  bolqarıstanlı Mark Xristovu məğlubiyyətə uğradıb və finala vəsiqəni təmin edib. O, həlledici qarşılaşmada italiyalı Covanni Esposito ilə üz-üzə gəlib. Rəqibinə qızıl xal bölümündə qalib gələn Hidayət Heydərov karyerasında ikinci dəfə Avropa çempionu olub.Qeyd edək ki, cüdoçumuz daha əvvəl 2017-ci ildə Polşanın paytaxtı Varşavada təşkil olunan qitə çempionatında  qızıl medal qazanıb.Eyni çəki dərəcəsində çıxış edən klubumuzun digər yetirməsi Rüstəm Orucov bürünc medal uğrunda təsəlliverici görüşdə Aleksandru Rayku (Rumıniya) üzərində qələbə qazanaraq üçüncü yer uğrunda görüşə vəsiqə əldə edib. O, bu qarşılaşmada  rumıniyalı Adrian Sulkanı məğlub edib və nüfuzlu yarışın bürünc medalına layiq görülüb.Qeyd edək ki, mayın 1-dək davam edəcək yarışda 40 ölkədən 300-dən çox idmançı  mübarizə aparır.