Futbol üzrə Azərbaycan I Divizionunda XXIV turun oyunları keçirilib.Bu tur çərçivəsində “Qaradağ Lökbatan” “Qəbələ-2” komandasını qəbul edib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda baş tutan matçda komandamız rəqibini  böyükhesablı məğlubiyyətə uğradıb – 5:0. Futbolçularımızdan Ceyhun Muxtarlı (25), Həbib İsmayılov (39), Urfan İsmayılov (48), Elnur Səmədov (52) və Sabir Allahquliyev (71) fərqləniblər.