Güllə atıcılığı üzrə keçirilən respublika çempionatı sona yetib.Bakı Atıcılıq Mərkəzində təşkil olunan yarışda  “Neftçi İdman Klubu”nun yetirmələri iki medala (1 gümüş, 1 bürünc) sahib olublar. Kişilər arasında pnevmatik tapançadan (PTÇ-3) 10 metr məsafəyə atəşaçma yarışında atıcılarımızdan Elvin Astanov gümüş, Vladislav Kalmıkov isə bürünc medala yiyələnib.