Fransada gənc cüdoçular arasında keçirilən Avropa kuboku yarışı  sona yetib.”Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində təmsil olunan cüdoçuları turnirdə inamla mübarizə apararaq böyük uğura imza atıblar. Belə ki, idmançılarımızdan 81 kiloqram çəki dərəcəsində çıxış edən  İsmayıl Zamanov və Vüqar Talıbov (90 kq) bütün rəqiblərinə qalib gələrək mötəbər yarışın qızıl medallarına sahib olublar.Qeyd edək ki, iki gün davam edən turnirdə 15 ölkədən 300-dən çox cüdoçu qalib adı uğrunda mübarizə aparıb.