Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.İlk onluqda Azərbaycanın heç bir təmsilçisi yer almayıb.”Neftçi İdman Klubu”nun şahmatçısı Teymur Rəcəbov 2 753 xalla 13-cü pillədəki mövqeyini qoruyub.Qeyd edək ki, FIDE-nin yeni reytinq cədvəlinin ilk üçlüyündə də dəyişiklik baş verməyib. Belə ki, norveçli dünya çempionu Maqnus Karlsen 2 864 xalla əvvəlkitək siyahıya başçılıq edir. 2 806 xalı olan Çin təmsilçisi Dinq Liren ikinci, fransalı Alireza Firuzcanı (2 793) isə 3-cü sırada qərarlaşıb.