Xorvatiyanın paytaxtı Zaqrebdə yeniyetmələr və gənclər arasında keçirilən taekvondo üzrə “Croatia Open” beynəlxalq turnirinə yekun vurulub.”Neftçi İdman Klubu”nun gənclərdən ibarət milli komandamızın heyətində yer alan təmsilçisi Pünhan Mürsəlov yarışda mükafata layiq görülüb. Qırx səkkiz kiloqram çəki dərəcəsində mübarizə aparan taekvondoçumuz beynəlxalq turnirin bürünc medalına sahib olub.