«Neftçi İdman Klubu» neft, qaz və kimya sənayesi müəssisələrinin işçiləri və onların ailə üzvləri arasında növbəti idman-turizm yarışını – 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş «Atam, anam və mən» turnirini keçirib. İyunun 17-dən 19-dək davam edən yarış Masallı rayonunun Qəriblər kəndindəki meşə zolağında təşkil olunub.Ailə komandaları arasında oğlanların yarışında Musayevlər ailəsi (Neft Kəmərləri İdarəsi) qalib olub. İbrahimovlar ailəsi (“Qaz İxrac” İdarəsi) 2-ci, Zeynalovlar ailəsi («Azərkimya» İstehsalat Birliyi) isə 3-cü yerə çıxıb. Qızlar arasında Kərimovlar ailəsi (“Qaz İxrac İdarəsi”) bütün komandaları üstələyib. İkinci və üçüncü yerləri isə Heydər Əliyev adına Neft Emalı Zavodunu təmsil edən Rzayevlər ailəsi tutub.Turnirin növbəti günü uşaqlar arasında «Şən startlar» əyləncəli yarışı keçirilib.Tədbirin sonunda yer tutmuş komandalara klubun diplom və hədiyyələri təqdim olunub. Sonra «ən kiçik turist», «ən fəal turist» və «ən qocaman turist» nominasiyalarının qalibləri də mükafatlandırılıb. Bu nominasiyaların qalibi adına müvafiq olaraq Murad Əliyev (“Məişət Maye Qaz” QSC), İlqar Quliyev (“Azərkimya” İstehsalat Birliyi) və Salman Zeynalov (“Azərkimya” İstehsalat Birliyi) layiq görülüblər.Ardınca yarışda iştirak edən bütün uşaqlara bayram hədiyyələri təqdim olunub.