Qırğızıstanın Bişkek şəhərində atletika üzrə Tatyana Kolpakova mükafatı uğrunda beynəlxalq turnir keçirilib.”Neftçi İdman Klubu”nun təmsilçisi Nazim Babayev uzunluğa tullanma yarışında 7,69 metr nəticə göstərərək qızıl medala yiyələnib. Atletimiz  üçtəkanla tullanma yarışında da 16,24 metr nəticə ilə eyni uğuru təkrarlayıb və yenidən fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.