Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa birinciliyinə start verilib.”Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində təmsil olunan cüdoçusu Aydan Vəliyeva mötəbər yarışda inamla mübarizə apararaq mükafata layiq görülüb. Qızlar arasında 48 kiloqram  çəki dərəcəsində çıxış edən idmançımız rəqibləri üzərində ardıcıl  qələbə qazanarq finala qədər irəliləyib. Xanım cüdoçumuz  həlledici qarşılaşmada isveçli Tara Babulfata məğlub olub və qitə birinciliyinin gümüş medalına sahib olub.