Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmə cüdoçuların Avropa birinciliyi davam edir.”Neftçi İdman Klubu”nun təmsilçisi Fidan Əlizadə mötəbər yarışda böyük uğura imza atıb. Qızlar arasında  57 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız ardıcıllıqla Avstriya, Bosniya və Herseqovina, Sloveniya və Latviyadan olan rəqiblərini “ippon”la yenərək finala vəsiqə qazanıb. Qızıl medal uğrunda görüşdə onun rəqibi macarıstanlı İnez Boqnar olub.  Rəqibinə “ippon”la  qalib gələn Fidan Əlizadə  Avropa çempionu olub.Xatırladaq ki, qitə birinciliyinin ilk günündə klubumuzun digər xanım idmançısı Aydan Vəliyeva (48 kq) gümüş medala sahib olub.