“Neftçi İdman Klubu”nun şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan iddiaçılar turnirində növbəti görüşünü keçirib. Təmsilçimiz yarışın altıncı turunda macarıstanlı Riçard Rapportla üz-üzə gəlib və görüş heç-heçə ilə yekunlaşıb. Şahmatçımız ötən turların nəticəsinə görə hazırda 2,5 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.Xatırladaq ki, turnir dairəvi sistem üzrə keçirilir və 14 turdan ibarət olacaq.