İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində 13-cü turun oyunları keçirilib.”Neftçi İdman Klubu”nun şahmatçısı Teymur Rəcəbov bu turda ağ fiqurlarla ABŞ təmsilçisi Fabiano Karuana ilə üz-üzə gəlib. O, ilk dövrədə məğlub olduğu rəqibi ilə bu dəfə heç-heçəyə razılaşıb.On üç turdan sonra xallarının sayını 6,5-ə çatdıran Teymur Rəcəbov turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Siyahıya 8,5 xalla Yan Nepomnyaşi başçılıq edir.Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.