Azərbaycan Atıcılıq Federasiyası kuboku yarışının ikinci mərhələsinin qalibləri müəyyənləşib.Bakı Atıcılıq Mərkəzində keçirilən turnirdə “Neftçi İdman Klubu”nun yetirmələri uğurla çıxış ediblər. Kişilər arasında pnevmatik tapançadan (PTÇ-3) 10 metr məsafəyə atəşaçma yarışında atıcılarımızdan İmran Qarayev 562 xal toplayaraq gümüş medala layiq görülüb. Vladislav Kalmıkov isə fəxri kürsünün üçüncü pilləsində dayanıb.Kiçik çaplı tapançadan (KÇTÇ-4) 50 metr məsafəyə atəşaçma yarışında Vladislav Kalmıkov 536 xalla qalib adını qazanıb.On metr məsafəyə pnevmatik tapançadan (PTÇ 3M) qarışıq komanda (“mix-team”) kateqoriyası üzrə atəşaçma yarışında isə Elvin Astanov-Fatimə Novruzova cütlüyü 560 xalla turnirin gümüş medalına sahib olub.