Yeniyetmələr (2007-2009)  arasında sərbəst güləş üzrə “Neftçi İdman Klubu”nun  açıq birinciliyi keçirilib. Yarış Suraxanı  qəsəbəsindəki Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində təşkil olunub. Turnirdə 10 çəki dərəcəsi üzrə 100-ə yaxın yeniyetmə güləşçi gücünü sınayıb.Yarışın keçirilməsində məqsəd klubun idman qurğularında fəaliyyət göstərən güləş bölmələrində aparılan məşqlərin və kiçikyaşlı yeniyetmə güləşçilərin hazırlıq səviyyəsini yoxlamaq, eləcə də  bu yaş qrupu üzrə qarşıdan gələn Bakı və respublika birinciliklərində klubu təmsil edəcək yığma komandanın heyətini müəyyən etmək idi.Gərgin mübarizə şəraitində keçən birincilikdə Aleksandr Strqanov (35 kq), Taleh Səfərov (38 kq), Asif Bayramov (41 kq), İsmayıl Nəcəfov (44 kq), Burhan Rəhimli  (48 kq), İsmayıl Rəhimli (52 kq), Rəşad Məmmədov (57 kq), Fazil İsmayılzadə (62 kq), Çağatay Səfiyev (68 kq) və Amin Nəsibov (75 kq) bütün görüşlərdən qalib ayrılaraq qızıl medal qazanıblar.Qalib və mükafatçılara “Neftçi İdman Klubu” tərəfindən diplom, medal və qiymətli xatirə hədiyyələri təqdim olunub.-35 kq.1.  Aleksandr Straqanov2.  Qurban Məcnunov3.  Ümid Səfərov3.  Qədir Qurbanov-38 kq.1.  Taleh Səfərov2.  Hidayət Məlikzadə3.  İbrahim Məmmədzadə3.  Sarı Sarıyev-41 kq.1.  Asif Bayramov2.  Fərid Ağamirzəyev3.  Cahangir Cəfərov3.  Ramiz Tağıyev-44 kq.1.  İsmayıl Nəcəfov2.  Əirza Heybətli3.  Ömər Əliyev3.  Ömər Quliyev-48 kq.1.  Burhan Rəhimli2.  Məhəmməd Şirinli3.  Cavidan Quluzadə3.  Nicat Həsənli-52 kq.1.  İsmayıl Rəhimli2.  Nadir İbrahimov3.  Amin Məmmədov3.  Kənan İbadov-57 kq.1.  Rəşad Məmmədov2.  Məhəmmədəli Əliyev3.  Yusif Baxışlı3.  Məşədinəbi Nəbiyev-62 kq.1.  Fazil İsmayılzadə2.  Yunis Gülmalıyev3.  Hüseyn Abbaszadə3.  İbrahim Qədirli-68 kq.1.  Çağatay Səfiyev2.  İlyas Sarıyev3.  Əli Qədirli4.  Məhəmməd Göyüşov-75kq.1.  Amin Nəsibov2.  Orxan Qeysov3.  Əkrəm Məmmədli3.  Allahverdi Kərimli